Press "Enter" to skip to content

“ABC-TELECOM” MMC ilə bağlı qərar

Son yeniləmə: 7 İyun 2022 14:05

Bayraqdar.info – Məlumat verdiyimiz kimi, mobil telefon cihazları bazarında antiinhisar qanunvericiliyinin tələblərinin pozulması hallarına yol verilməməsi məqsədilə araşdırma aparılır. Bu araşdırmalar çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “ABC-TELECOM” MMC-yə (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir) qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlaməti üzrə iş qaldırılıb.

Bu barədə bayraqdar.info-ya iyunun 7-də Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, işəbaxma zamanı MMC tərəfindən tələb olunan sənəd və məlumatlar işəbaxma komissiyasına təqdim edilib. “ABC-TELECOM” MMC-nin tələb olunan məlumatları tam həcmdə təqdim etməsi vəbu cür halların təkrarlanmayacağına dair öhdəlik götürməsi nəzərə alınaraq işə xitam verilib.

Mission News Theme by Compete Themes.