Press "Enter" to skip to content

200 minədək şəxsə dair məlumatları əhatə edən vahid reyestr

Son yeniləmə: 7 İyun 2022 18:20

Bayraqdar.info – Prezident İlham Əliyevin imzaladığı 27 oktyabr 2021-ci il tarixli Fərmanla yaradılmış “Zəfər” altsisteminəaidiyyəti qurumlar tərəfindən şəhid və şəhid ailəsi, müharibə veteranı statusu almış şəxslərə, müharibə əlillərinə dair məlumatlar daxil edilir. Bu altsistemə artıq 200 minədək şəxsə dair məlumatlar daxil edilib.

Bu barədə bayraqdar.info-ya iyunun 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Zəfər” altsistemi dövlət orqanlarına və özəl qurumlara şəhid ailələri və qazilərə sosial dəstəyin təmin edilməsi işlərində daha operativ, sistemli, məqsədəuyğun tədbirlərin görülməsi üçün çevik məlumat mübadiləsi imkanı yaradıb.

Qeyd edilib ki, 2022-ci ildə müharibə veteranlarına Prezidentin aylıq təqaüdünün operativ şəkildə təyinatı prosesində də “Zəfər” altsistemi önəmli rol oynayıb: “44 günlük Vətən müharibəsinin iştirakçısı olan və aidiyyəti qurumlar tərəfindən”Müharibə veteranı” adı verilmiş şəxslərə dair məlumatlar həmin altsistemə daxil edildi və onlara e-sistem üzərindən proaktiv qaydadatəqaüd təyinatları aparıldı”.

Mission News Theme by Compete Themes.