Press "Enter" to skip to content

Oğuzda vətəndaş qəbulu keçiriləcək

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC

Son yeniləmə: 6 İyun 2022 16:24

Bayraqdar.info – “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 14 iyun 2022-ci il tarixində Oğuz şəhərində Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçiriləcək.

Bu barədə bayraqdar.info-ya “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqlər şöbəsindən məlumat verilib.

Bildirilib ki, qəbul saat 10:00-dan başlayaraq Oğuz Olimpiya İdman Kompleksində keçiriləcək: “Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək. Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər”.

Qeyd olunub ki, vətəndaşlar qəbul üçün Oğuz və Qəbələ Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və elektron poçt vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.

Mission News Theme by Compete Themes.