Press "Enter" to skip to content

Türkcə xatirələrini yazdı, 17 il həbs aldı – GÜNEYDƏ

Biz türkük!

Bayraqdar.info – Fars-molla rejimi tərəfindən idarə olunan İranın məhkəmə sistemi xatirələrini türkcə və latın əlifbası ilə yazan Güney Azərbaycanlı milli fəalı 17 il həbs və 2 il sürgün cəzasına məhkum edib.

Vəkil, Şərqi Azərbaycan Vəkillərinin İnsan Haqları Komissiyasının sədr müavini Sina Yusifi bu barədə Twitter hesabında yazıb: “Bir müddət öncə 17 il həbs, 2 il isə sürgün cəzasına məhkum edilmiş müvəkkillərdən birinin cinayət işini araşdırmaq üçün Evin zindanındakı “Şəhid Müqəddəs” Məhkəməsinə getdim. Bir neçə cilddən ibarət qalın bir dosye gözləyirdim, amma bütün dosye 32 səhifə idi”.

“Milli fəalın barəsində çıxarılan hökmün bir bəndində yazılmışdı: Müttəhim xatirələrini türkcə və latın qrafikası ilə yazıb ki, bu da ölkənin rəsmi dilinə qarşı üsyanı göstərir”, – deyə vəkil əlavə edib.

Xatırladaq ki, illərdir İranın ədliyyə-məhkəmə sistemi Güneyli milli fəalları türk dilini və kimliklərini müdafiə etdiklərinə görə uzun müddətli həbs cəzasına məhkum edib və çoxlu sayda Azərbaycanlı fəal hazırda eyni saxta ittihamlarla İran zindanlarında saxlanılır.

Qeyd edək ki, xəbəri “Azad İran” Telegram kanalı GünAz.TV-yə istinadla yayıb.

Mission News Theme by Compete Themes.