Press "Enter" to skip to content

Qırğızıstanda Azərbaycanlılar təltif edildi – VİDEO

Hökumə Xəlilova və Ramiz Məşədihəsənli Saltanat Kıştobayevadan mükafatı qəbul edərkən

Bayraqdar.info – Almatı və Bişkek mərkəzli “Türkel” Media Qrupunun prezidenti Hökumə Xəlilova və baş redaktoru Ramiz Məşədihəsənli “Xalqlar arasında dostluq, həmrəylik və əmin-amanlıq” fəaliyyətlərinə görə Qırğızıstanın Beynəlxalq “Nasaatçı” Fondu tərəfindən “Ustad” və “Kılımdın zalkarı” medalları ilə təltif olunub.

AZƏRTAC xəbər verir ki, mükafatı Qırğızıstan Daxili İşlər Nazirliyi ehtiyatda olan generallar komitəsinin üzvü, ehtiyatda olan milis polkovniki Saltanat Kıştobayeva təqdim edib.

O, hər iki şəxsi təbrik edərək “Türkel” Media Qrupunun fəaliyyətindən danışıb və bildirib ki, 20 il ərzində “Türkel” qəzeti, “Altun köprü” jurnalı, Qırğızıstanın “Piramida” dövlət televiziya kanalında efirə çıxan “Dostluq körpüsü” proqramı türk dünyası arasında əsl körpü rolunu oynayır.

S.Kıştobayeva ölkədəki sabitliyin, əmin-amanlığın qorunmasında mətbuatın böyük rol oynadığını vurğulayıb. O, indiyədək Qırğızıstanda yaşayan 80-dən çox xalqın və millətin nümayəndələri arasında milli zəmində heç bir münaqişənin baş vermədiyini və xalqların dostluq, bərabərlik və həmrəylik şəraitində yaşadıqlarını bildirib.

S.Kıştobayeva, həmçinin adı keçən şəxslərin Qırğızıstan Daxili İşlər Nazirliyi tərəfindən dəfələrlə medal və fəxri fərmanlarla mükafatlandırıldıqlarını deyib.

Bayraqdar.info: Əlavə edək ki, H.Xəlilova və R.Məşədihəsənli uzun illərdir Orta Asiyada uğurlu media fəaliyyəti ilə məşğul olur. Onlar orada həm Azərbaycanın səsi olmağa, həm də yerli xalqlarla Azərbaycan arasında körpü rolunu oynamağa çalışırlar. Amma təəssüflər olsun ki, Azərbaycan tərəfi onların bu təmənnasız xidmətlərini hələ də yetərincə dəyərləndirməyib.

Mission News Theme by Compete Themes.