Press "Enter" to skip to content

Şuşalı pensiyaçılar Şuşada olub

Şuşalı pensiyaçılar Şuşada

Son yeniləmə: 4 İyun 2022 11:17

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə şuşalı pensiyaçılar Şuşada səfərdə oldular.

Bu barədə bayraqdar.info-ya DSMF-dən məlumat verilib.

Bildirilib ki, “Şuşa ili” çərçivəsində təşkil edilən ikigünlük səfər zamanı pensiyaçılar Şuşada Yuxarı Gövhər ağa məscidini, məşhur sənətkar Bülbülün ev-muzeyini, eləcə də XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər.

Onlar uşaqlıqlarının keçdiyi, ilk qədəmlərini basdıqları və ilk kəlmələrini söylədikləri doğma yerlərdə, uşaqlıqlarını, gəncliklərini, atalı-analı, qayğısız günlərini yaddaşlarında oyadan doğma şəhərdə – 30 ildir xatirələrində sevə-sevə yaşatdıqları, bir gün mütləq görəcəkləri ümidini heç vaxt sönməyə qoymadıqları əziz Şuşada olublar: “Axan sevinc göz yaşları, Vətən, Qarabağ, Şuşa sevgisi ilə dolub daşan, saf Şuşa havasından fərəhlə dolub-daşan, riqqətə gələn ürəkləri ilə doğma yurdun hər qarışını dönə-dönə seyr etdilər. Səfər “Cıdır düzü”ndə təşkil olunan toplantı ilə başa çatdı. Çox yaxın vaxtlarda birdəfəlik köçüb gələcəkləri doğma şəhərin hər qarışını yaddaşlarına yazdılar”.

Mission News Theme by Compete Themes.