Press "Enter" to skip to content

Su mövzusunda əsərlərdən ibarət sərgi

Sərgi zamanı

Son yeniləmə: 5 İyun 2022 08:42

Bayraqdar.info – 5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” kimi təsis edilib və hər il bu tarix su təsərrüfatı işçilərinin peşə bayramı kimi qeyd olunur.

“Su təsərrüfatı və meliorasiya işçiləri günü” ərəfəsində “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov, hər iki təşkilatın kollektivi Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsi yad edilib.

Bu barədə bayraqdar.info-ya “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, “Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə “Azərsu” ASC-nin “+ 82 Qərb” su anbarının üzərində salınmış “Yasamal” Parkında gənc rəssamların su mövzusunda əsərlərindən ibarət sərgi keçirilib: “Sərgidə iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, suya qənaət və sudan səmərəli istifadəni təbliğ edən əsərlər nümayiş etdirilib.“+ 82 Qərb” su anbarına və sərgiyə baxış keçirən “Azərsu” ASC, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi gənc rəssamlara yaradıcılıq uğurları arzulayıb”.

Mission News Theme by Compete Themes.