Press "Enter" to skip to content

Əkin sahələrinin suvarılması davam edir

Suvarma kanalı

Son yeniləmə: 4 İyun 2022 10:12

Bayraqdar.info – Kürdəmirdə əkin sahələrinin suvarılması davam edir, suvarma kanalları lildən təmizlənir.

Bunu bayraqdar.info-ya Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Kürdəmir rayonunda suvarılmanın mütəşəkkil aparılması və su istifadəçilərini suvarma suyu ilə tam təmin etmək məqsədi ilə Kürdəmir Suvarma Sistemləri idarəsi tərəfindən meliorativ tədbirlər uğurla davam etdirilir: “Bunun üçün 2022-ci ildə xidməti ərazidə olan rayonun 58 kənd və 3 qəsəbəsinin 69 min 526 hektar suvarılan ərazisindəki kənd təsərrüfatı əkinlərinin və həyətyanı sahələrinin suvarılması nəzərdə tutulub. Rayonda suvarma öz axını və mexaniki üsulla aparılır. Əkin sahələrinin vaxtında suvarılması üçün hazırda suvarma kanallarında lildən təmizləmə işləri davam edir. İdarənin balansında olan kanallar bir-neçə istiqamətdə lildən təmizlənir”.

Qeyd edilib ki, hazırda Kürdəmir rayonu əkin sahələrinin suvarılmasında qızğın dövrünü yaşayır: “Fermerlər əkdikləri məhsulun bəhrəsini görmək üçün aqrotexniki qulluqla yanaşı vaxtlı vaxtında suvarmanı da aparmalıdır. Kürdəmir Suvarma Sistemləri İdarəsinin xidməti ərazisində 14 sayda Sudan İstifadəedənlər birlikləri fəaliyyət göstərir ki, bu da bütün suvarılan sahələri əhatə edir. Cari ildə ayrı-ayrı birliklər üzrə suvarma planları və suvarılan sahələrin planları tərtib olunub. Bu il suvarma mövsümünün mütəşəkkil keçirilməsi üçün suvarma kanallarının mexanizimlərlə lildən təmizlənməsi qrafiki tərtib olunub və kanallar üzərində yerləşən hidrotexniki qurğuların təmiri üzrə təqvim planı hazırlanıb. İdarə tərəfindən bu il də torpaq məcralı kanalların beton üzlüyə alınması nəzərdə tutulur. Çünki beton üzlüklü kanallar isə su itkisini minimuma endirir”.

Məlumata əsasən cari ildə Kürdəmir Suvarma Sistemləri İdarəsinin xidməti ərazisində 44 min hektardan artıq taxıl, 2 min 330 hektar pambıq, 4 min 677 hektar bostan-tərəvəz və 8 min 900 hektar yem bitkiləri əkilib. Bundan başqa 2 min 620 hektar bağ və üzümlük, 6 min 925 hektar isə həyətyanı sahələrdir.

Mission News Theme by Compete Themes.