Son yeniləmə: 3 İyun 2022 20:44
Bayraqdar.info – İyunun 2-də Təbrizdə İran Prezidenti İbrahim Rəisi ilə Şərqi Azərbaycan əyalətinin dövlət rəsmiləri, cümə imamı və millət vəkillərinin görüşü keçirilib.
Görüşdə çıxış etməyə başlayan Təbrizli millət vəkili Əhməd Əlirzabeyginin mikrofonu söndürülüb və onun çıxışına icazə verilməyib.
Bundan hiddətlənən millət vəkili “xalqı görməyənlərin sonunun necə olacağı indidən bəllidir” deyərək toplantını tərk edib.
Qeyd edək ki, Ə.Əlirzabeygi İ.Rəisinin başçılıq etdiyi hazırkı hökumətə qarşı tənqidi fikirləri ilə tanınır.
O, dəfələrlə çıxışlarında hökumətin iqtisadi, siyasi və mədəni siyasətinin xalqa heç nə vəd etmədiyini və vəziyyəti daha da ağırlaşdırdığını deyib.
İranın keçmiş prezidenti Mahmud Əhmədinejadla yaxın münasibətləri olan Ə.Əlirzabeygi bir neçə gün öncə verdiyi müsahibədə İranın təhlükəsizlik sisteminin bərbad gündə olduğunu və İsrail casuslarının İranın Təhlükəsizlik və Kəşfiyyat (ETTELAAT) Nazirliyinə sızdıqlarını bildirmişdi.
Qeyd edək ki, xəbəri “Azad İran” Telegram kanalı yayıb.
در جلسه شورای اداری استان طبق برنامه اعلام شده بنا بود من از سوی نمایندگان صحبت کنم لیکن اجازه صحبت داده نشد که بنده به اعتراض جلسه را ترک کردم؛ پس از من به آقای پزشکیان تعارف کردند که او گفته از جانب ما قرار بوده بیگی صحبت نماید و نهایتا میرتاجالدینی صحبت کرد.@raisi_com
— احمد علیرضابیگی (@a_alirezabeigi) June 2, 2022