Son yeniləmə: 3 İyun 2022 09:20
Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyə Katılım Bankları Birliyinin prezidenti Osman Çelik və Türkiyənin “Halkbank”ın baş icraçı direktoru Osman Arslan ilə görüşüb.
Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, görüş Misirdə keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan və Türkiyə KOB-larının maliyyələşdirilməsinin genişləndirilməsi imkanları və bu sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib.