Press "Enter" to skip to content

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Son yeniləmə: 3 İyun 2022 11:33

Bayraqdar.info – Ermənistan tərəfi dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır. Bu barədə Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, iyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub: “Ordumuzun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb. Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur. Hazırda bütün istiqamətlərdə vəziyyət bölmələrimizin tam nəzarəti altındadır. Ermənistan tərəfi öz ictimaiyyətinin diqqətini daxildə baş verən proseslərdən yayındırmaq məqsədilə iriçaplı silahlardan istifadə edərək dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır”.

“Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə məlumatda vurğulanıb.

Mission News Theme by Compete Themes.