Press "Enter" to skip to content

Fars-molla rejimindən Güneyli fəala həbs və şallaq cəzası

Hüccət İsmətzadə

Son yeniləmə: 3 İyun 2022 09:31

Bayraqdar.info – Güney Azərbaycanlı milli-mədəni fəal Hüccət İsmətzadə 2 il 6 ay həbs və 50 şallaq cəzasına məhkum edilib. Məhkəmə ona qarşı bu cəzanı Saxsıtəpə hadisələri barədə video yaymaq ittihamı əsasında çıxarıb.

Xəbəri “Azad İran” Telegram kanalı Payame İrani nəşrinə istinadla yayıb.

Qeyd etmək lazımdır ki, 3 sentyabr 2021-ci ildə Sulduzun Saxsıtəpə bölgəsində iki fermerin davası sonradan kütləvi qarşıdurmaya çevrilmişdi. Hadisə nəticəsində 1 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdı.

Sonradan bölgədə yaşayan mühacir kürdlər Güney Azərbaycanlıların evinə hücum edərək qadınları, uşaqları və yaşlıları döymüşdülər.

H.İsmətzadə isə bu hadisələrdən video yaydığı üçün 4 sentyabr 2021-ci ildə əmniyət gücləri tərəfindən həbs edilmişdi.

Mission News Theme by Compete Themes.