Press "Enter" to skip to content

Erkin Qədirli Parisə gedir

Son yeniləmə: 3 İyun 2022 19:52

Bayraqdar.info – Milli Məclisin deputatı Erkin Qədirli iyunun 6-da Fransanın Paris şəhərinə yola düşəcək. Deputatımız AŞPA-nın İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi komitəsinin Paris şəhərində keçirilən iclasında iştirak edəcək.

Bu barədə bayraqdar.info-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, AŞPA-nın komitə iclasında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi, hakimliyə dair tələblərlə bağlı məsələlər nəzərdən keçiriləcək, komitənin əvvəlki iclasının protokolu təsdiqlənəcək, növbəti iclasının yeri və vaxtı müəyyən ediləcək.

Səfər iyunun 8-də başa çatacaq.

Mission News Theme by Compete Themes.