Press "Enter" to skip to content

Daha bir onlayn təlim

Son yeniləmə: 3 İyun 2022 09:14

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları üçün türkiyəli mütəxəssislər tərəfindən torpaqların elektron kadastr uçot bazasının yaradılması ilə bağlı onlayn formada təlim keçirilib.

Bu barədə bayraqdar.info-ya Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, məqsəd bu sahədə əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, kadr potensialının artırılması, beynəlxalq təcrübənin öyrənilməsidir: “Təlimdə məlumatların toplanma qaydaları, elektron bazanın yaradılması forması, elektron bazalara texniki olaraq nəzarət edilməsi və texniki qüsurların aradan qaldırılması prosesləri, arxiv məlumatlarının elektron bazaya köçürülməsi məsələlərinə dair izahatlar verilib. İştirakçılara, həmçinin elektron bazanın idarə olunması, pay torpaqları, yaşayış məntəqələri, bələdiyyə və dövlət torpaqları və onların daxilindəki tikili, köməkçi, mülkiyyətçi, istifadəçi kimi informasiyanın standart şəkildə elektron formaya gətirilməsi prosesləri haqqında ətraflı məlumat verilib. Dövlət Xidməti tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi və onun tətbiqi istiqamətində işlər davam etdiriləcək”.

Mission News Theme by Compete Themes.