Son yeniləmə: 3 İyun 2022 15:28
Bayraqdar.info – Milli Məclisin deputatı, ATƏT PA-da parlament nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev quruma üzv bir sıra ölkələrə səfər edəcək.
Bu barədə bayraqdar.info-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, A.Quliyev ATƏT Parlament Assambleyasının Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi qismində mayın 6-dan 8-dək Rumıniyanın Buxarest şəhərində, iyunun 8-dən 9-na kimi Bolqarıstanın Sofiya şəhərində səfərdə olacaq: “Bu ölkələrdə Azay Quliyevin dövlət rəsmiləri və parlament üzvləri ilə bir sıra görüşləri nəzərdə tutulub.Səfər zamanı regiondakı vəziyyət təhlil ediləcək, mövcud durumun qiymətləndirilməsi aparılacaq, müasir çağırışlar fonunda parlament diplomatiyasının rolu diqqət mərkəzində olacaq”.