Press "Enter" to skip to content

Azərbaycan iqtisadiyyatında azad bazar prinsipləri formalaşdırılıb

Dəyirmi masa formatında görüşdən

Son yeniləmə: 3 İyun 2022 16:00

Bayraqdar.info – Azərbaycan iqtisadiyyatında azad bazar prinsipləri formalaşdırılıb. Antiinhisar nəzarəti və rəqabət sahələrində institusional islahatlar aparılıb.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.

Qeyd edək ki, Dövlət Xidmətinin nümayəndələri və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri arasında dəyirmi masa formatında görüş keçirilib.

Bu barədə bayraqdar.info-ya Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli biznes mühitinin yaxşılaşdırılması, dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb: “Rəqabətə zidd davranışların qarşısının alınmasına dair nəzarət mexanizmlərinin təkmilləşdirilməsi barədə danışan Xidmətin rəisi Rəqabət Məcəlləsinin müvafiq dövlət qurumlarının müsbət rəyi alınaraq Nazirlər Kabinetinə təqdim edildiyini vurğulayıb”.

Tədbirdə təbii inhisarların fəaliyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, dövlət satınalmalarının rəqabətqabiliyyətliliyin artırılmasında rolu, keyfiyyət və rəqabət qabiliyyətinin artırılması, istehlak bazarına nəzarət və istehlakçı hüquqlarının qorunması sahələrinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Sonda sağlam rəqabət mühitinin təmin olunması mövzusu ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda Amerika Ticarət Palatasının üzvlərini maraqlandıran suallar cavablandırılıb.

Mission News Theme by Compete Themes.