Press "Enter" to skip to content

Xəzərin enerji tarixində yeni bir səhifə açılır

Energetika naziri Pərviz Şahbazov 27-ci “Bakı Enerji Forumu”nda salamlama nitqi ilə çıxış edib.

Son yeniləmə: 2 İyun 2022 10:29

Pərviz Şahbazov: Azərbaycanın enerji sisteminin dinamikasını dəyişəcək transformativ proseslər baş verir

Bayraqdar.info – Energetika naziri Pərviz Şahbazov 27-ci Bakı Enerji Forumunda salamlama nitqi ilə çıxış edib.

Bu barədə bayraqdar.info-ya iyunun 2-də Energetika Nazirliyindən məlumat verilib.

Məlumata əsasən çıxışda Ümummilli lider Heydər Əliyevin neft strategiyası ilə təşəkkül tapmış “Xəzər Neft və Qaz” sərgi – konfransınınuzun illər Azərbaycanın neft-qaz ölkəsi kimi inkişafına qlobal marağın cəlb edilməsində və nailiyyətlərinin dünyaya tanıdılmasında mühüm rolundan danışılıb. Bu müddətdə ölkəmizin Xəzəri enerji mərkəzinə çevirən uğurlarından bəhs edilib: “Bildirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bütün məsələlərdə olduğu kimi enerji ilə bağlı da doğru zamanda, ardıcıllıqla qəbul etdiyi çevik strateji qərarlar Avropa və dünya bazarlarına dayanıqlı enerji təchizatının qarantı olan diversifikasiya nümunələrini qazandırıb. Azərbaycan qazının Cənub Qaz Dəhlizi ilə ən çox ehtiyac olan vaxtda avropalı istehlakçılara tədarükü məhz belə bir siyasətin nəticəsidir”.

Məlumata əsasən hazırda qlobal enerji arxitekturasının enerji təhlükəsizliyi və iqlim çağırışlarına uyğun yenidən tərtib olunduğunu vurğulayan nazir bu prosesdə “yaşıl” enerjinin enerji təchizatında üstünlük verilən diversifikasiya mənbəyi olduğunu qeyd edib: “Bildirilib ki, enerji təhlükəsizliyi və dekarbonizasiyanın belə bir sinerjisi “yaşıl” enerji keçidini sürətləndirən, onu enerji müstəqilliyinin drayverinə çevirən müasir qlobal tendensiyadır. Mürəkkəb reallıqda yeni həllər dünya əhalisinin, təxminən, 80 faizinin yaşadığı netto-enerji idxalçısı olan ölkələr qədər enerji ölkələrinin də inkişaf kurslarına istiqamət verir. Bu ənənəvi neft-qaz platformasının enerji forumuna çevrilməsi də məhz milli enerji sektorunda dəyişikliklərin təzahürüdür”.

Energetika naziri P.Şahbazov deyib: “Bu gün burada deyə bilərik ki, Azərbaycanın enerji sisteminin dinamikasını dəyişəcək transformativ proseslər baş verir. Xəzərin enerji tarixində tamamilə fərqli, yeni bir səhifə açılır. Belə ki, iki gün sonra Qarabağın incisi Şuşada iri həcmli yaşıl” enerji layihələri üzrə yeni müqaviləyə imza atacağıq. Belə davamlı təşəbbüslər Azərbaycan Prezidentinin ölkənin inkişafında bərpa olunan enerji mənbələrini strateji prioritet kimi təsbit edən “yaşıl” enerji kursuna qısa müddətdə beynəlxalq marağın göstəricisidir. Azad edilmiş ərazilərin zəngin bərpa olunan enerji potensialının “sıfır emissiya”lı “yaşıl” enerji zonası konsepsiyasında istifadəsi çağırışına investorların adekvat reaksiyasıdır”.

“Çıxışda Azərbaycanın “yaşıl” artım ölkəsinə transformasiyasında ağırlıq mərkəzinin tamamilə bərpa olunan enerjidən istifadəyə əsaslanan “yaşıl” enerji zonası kimi Qarabağ-Şərqi Zəngəzur və 157 QVt-lıq külək enerjisi potensialı olan Xəzər dənizinin üzərinə düşdüyü, bu geostrateji əhəmiyyətli məkanların Azərbaycanın həm də “yaşıl” enerji ixracının mənbəyi olacağı qeyd edilib. İxrac marşrutları qismində Zəngəzur dəhlizi, Qara dəniz üzərindən planlaşdırılan yeni ötürücü xətlərdən bəhs edilib. Azərbaycanın enerji sahəsində çoxistiqamətli islahatlarla dəstəklənən “yaşıl” gündəliyinin qlobal inkişaf meyilləri iləuzlaşdığını deyən nazir bildirib ki, Azərbaycan irəlidə qənaət ediləcək qazın, “yaşıl enerji” və “təmiz” hidrogenin ixracı sayəsində qonşu ölkələr və Avropa ilə enerji tərəfdaşlığını bir çox alternativ mənbələr üzrə genişləndirən ölkə olacaqdır.

“Nazir “Enerji keçidi dövründə dəyişən dünyada yeni imkanlar və problemlər” mövzusunda müzakirələrdə də iştirak edib”, – deyə məlumatda daha sonra bildirilib.

Mission News Theme by Compete Themes.