Press "Enter" to skip to content

Ölkə üzrə monitorinqlər

Son yeniləmə: 2 İyun 2022 18:04

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı ölkə üzrə monitorinqlərə başlayıb.

Bu barədə bayraqdar.info-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, monitorinqlərdə işsiz, həmçinin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxslərin özünüməşğulluğun təşkilinə hazırlıqlı olmasının qiymətləndirilməsi, özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyəti, habelə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərin əməyindən səmərəli istifadə üzrə yoxlamalar aparılır.

Vurğulanıb ki, 2022-ci ilin 5 ayı ərzində filial tərəfindən haqqı ödənilən ictimai işlər üzrə 17 min 419 iş yeri monitorinq edilib: “İlin sonuna kimi ölkə üzrə bütün kvotanın ən azı iki dəfə monitorinq edilməsi planlaşdırılır. Özünüməşğulluq proqramı üzrə isə 5 ayda 475 yekun, 649 aralıq, 1 min 336 ilkin monitorinq həyata keçirilib. İlin sonuna kimi proqrama ötən il cəlb edilən şəxslərin aralıq və yekun monitorinqləri, cari ildə cəlb olunan şəxslərin isə ilkin yoxlaması həyata keçiriləcək”.

Qeyd edilib ki, monitorinqlər zamanı foto və ya videoçəkilişlər aparılır və yoxlamanın nəticələri müvafiq altsistemə daxil edilir.

Mission News Theme by Compete Themes.