Press "Enter" to skip to content

Dostluq münasibətlərinə həsr olunan musiqi albomu

Son yeniləmə: 2 İyun 2022 16:07

Bayraqdar.info – Azərbaycan-Almaniya dostluq münasibətlərinin 200 illiyinə həsr edilmiş “Henrix və Leyla” adlı musiqi albomu işıq üzü görüb.

Bu barədə bayraqdar.info-ya iyunun 2-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi, Almaniyada yaşayan soydaşımız Xədicə Zeynalovanın başçılıq etdiyi “Bridge of Sound” Kamera Orkestrinin təşkilatçılığı ilə baş tutan “Henrix və Leyla” musiqi layihəsi üzrə işlərAlmaniya və ABŞ-dahəyata keçirilib.

Qeyd edilib ki, “Henrix və Leyla” əsəri Əmir Pəhləvanın eyniadlı romanı əsasında yazılıb: “Bu dramatik əsərin əsas mövzusu alman əsilli Henrix və Azərbaycan əsilli Leyla arasında olan böyük sevgi münasibətləridir. Əsərdəki hadisələr Azərbaycanın Şəmkir (keçmiş Annenfeld) şəhərində1942-ci ildə cərəyan edir. Bəstəkar Xədicə Zeynalova bu roman əsasında 12 simfonik musiqi parçasından ibarət“Henrix və Leyla” əsərini kamera orkestri üçün bəstələyib”.

Məlumata əsasən “Henrix və Leyla” Almaniya və Azərbaycan arasında olan dostluğun və mədəni əlaqələrin inkişafına təkan verən bir layihədir: “Bu layihə eyni zamanda Almaniya Mədəniyyət Nazirliyinin diqqətini cəlb edərək dəstəyini qazanıb və bu mövzuda 2019-cu ildən bir neçə konsert proqramı təşkil edilib. Layihənin məqsədi xalqlar arasında dostluğun daha da möhkəmləndirilməsinə nail olmaq, ölkəmizin zəngin musiqi mədəniyyətini Almaniyada yüksək səviyyədə təqdim etməkdir. “Henrix və Leyla” adlı musiqi albomunun məşhur onlayn musiqi platformalarında (Spotify, Amazon, iTunes və s.) yayımlanması nəzərdə tutulur və hazırda bununla əlaqədar olaraq layihə müəllifi tərəfindən işlər davam etdirilir”.

Mission News Theme by Compete Themes.