Press "Enter" to skip to content

DİM-dən yeni metodiki vəsait

Son yeniləmə: 2 İyun 2022 09:31

Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi (DİM) “5-6 yaşlı uşaqların psixoloji diaqnostikası və inkişafı” adlı metodiki vəsait nəşr edib.

DİM-dən bayraqdar.info-ya iyunun 2-də verilən məlumata görə, metodiki vəsait 5-6 yaşlı uşaqların ibtidai təhsilə psixoloji hazırlıq səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi məqsədilə nəşr edilib: “Metodiki vəsaitdən valideynlər, psixoloqlar, uşaq bağçası tərbiyəçiləri, məktəbə hazırlıq qrupları müəllimləri uşaqların diaqnostikası və inkişafı üçün istifadə edə bilərlər”.

Qeyd edilib ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadənin ön sözü yazdığı vəsaiti “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya saytdan sifariş etmək mümkündür.

Mission News Theme by Compete Themes.