Press "Enter" to skip to content

Bütöv Azərbaycan Ocaqları Güneyliləri hərəkətə keçməyə çağırdı

Bütöv Azərbaycan Ocaqları

Son yeniləmə: 2 İyun 2022 18:03

Bayraqdar.info – Məqsədi Azərbaycanın tarixi torpaqları çərçivəsində bərpasına xidmət olan Bütöv Azərbaycan Ocaqları (BAO) İran adlanan ölkənin Abadan şəhərində baş vermiş hadisələrlə bağlı Bildiriş yayımlayıb.

Xəbəri bayraqdar.info-ya iyunun 2-də BAO-dan veriblər.

Xəbərdə deyilir ki, “hər kəsə məlum olduğu üzrə bir neçə gün bundan öncə İran adlanan ölkənin Əl-Əhvaz vilayətinin Abadan şəhərində Metropol adlı bir bina çökərək çox sayda insanın həyatını itirməsinə, yaxud xəsarət almasına səbəb olmuşdur.

“Bununla əlaqədar bir ərəb bölgəsi və əhalisinin böyük hissəsi ərəb olan o bölgədə bu günə qədər etirazlar davam etməkdədir. Etiraz aksiyaları sırasında İran əmniyyət gücləri hər zaman olduğu kimi bildikləri tək yola – yəni şiddətə baş vurmuşlardır”.

Daha sonra qeyd edilir: “Təbii ki, bölgə əhalisi ortaya çıxan bu fəlakəti şovinist fars rejiminin içində boğulduğu sistematik fəsadla əlaqələndirməkdədir. Bu səbəblə etirazlar çoxdan Metropol binası hadisəsini aşmış və anti-rejim mahiyyət almışdır. Özəlliklə bölgənin ərəb milləti yüz ildir İran mərkəzi hökumətinə hakim olan fars milliyyətçiliyinin ən böyük qurbanlarından olduğu üçün bu gün daha böyük bir qəzəb duymaqda və etirazlarda önəmli rol oynamaqdadır”.

“Biz, Bütöv Azərbaycan Ocaqları olaraq o bölgədə yaşayan bütün insanların, o cümlədən məzlum ərəb millətinin acı və kədərini paylaşır, bu haqlı davada özümüzü onların yanında görürük. Təbii ki, bu gün İran adı ilə tanınan ölkədə xalqların düşdüyü bu acınacaqlı durumun bilavasitə məsulu şovinist fars rejimidir. Sivil və demokratik yollarla etiraz etmək isə İranda yaşayan məzlum millətlərin ən doğal haqqıdır və bu etirazlara şiddət qarışmasının da məsuliyyəti birbaşa şovinist fars rejiminin üzərinə düşür.

“Bizcə, İran adlanan ölkədə yaşayan bütün millətlər, o cümlədən Azərbaycan türkləri də bu etirazlara dəstək verərək şovinist fars rejiminin müstəmləçiliyinə son qoymalıdır”, – deyə Bildirişdə qeyd edilir.

Mission News Theme by Compete Themes.