Press "Enter" to skip to content

BŞTİ-yə mayda daxil olan müraciətlərin sayı

Son yeniləmə: 2 İyun 2022 10:47

Bayraqdar.info – May ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 11 455 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Bu barədə bayraqdar.info-ya iyunun 2-də qurumu İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Məlumatda deyilir ki, statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 8 min 296 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 1 min 461 vətəndaş müraciət edib: “May ayında BŞTİ-yə 1 218 sənəd (vətəndaşlar tərəfindən 400 ərizə, Təhsil Nazirliyindən 224, digər qurumlardan 198, məktəblərdən 272 məktub və 124 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 480 elektron müraciətə baxılıb. Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, I sinfə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul, informasiya təminatı və digər məsələləri əhatə edib”.

Mission News Theme by Compete Themes.