Press "Enter" to skip to content

Beş ay ərzində 7 milyard kubmetrə yaxın qaz nəql olunub

27-ci Bakı Enerji Forumu

Son yeniləmə: 2 İyun 2022 10:29

Bayraqdar.info – “Bu gün Azərbaycan qazı müxtəlif ölkələrin ümumi qaz istehlakının 13-90 faizini təşkil edir”.

Bunu energetika naziri Pərviz Şahbazov 27-ci Bakı Enerji Forumundakı çıxışı zamanı deyib.

Energetika Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, nazir çıxışında TANAP və TAP ilə Türkiyə və Avropaya indiyə kimi 29 milyard kubmetr, bu ilin 5 ayında isə 6,8 milyard kubmetr qazın nəql olunduğunu bildirib.

“İlin sonuna bu göstəricinin 16 milyard kubmetrə çatacağı, Avropaya qaz ixracımızın 10 milyard kubmetrin üzərində olacağı gözlənilir”, – deyə nazir qeyd edib.

Mission News Theme by Compete Themes.