Son yeniləmə: 2 İyun 2022 10:13
Bayraqdar.info – ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş növbəti şahmat turniri keçirilib. Turnir mayın 28-də Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə baş tutub.
Bu barədə bayraqdar.info-ya iyunun 2-də Baş Konsulluqdan məlumat verilib.
Bildirilib ki, La Xoya-Riford Kitabxanasında keçirilən “4-cü San Dieqo – Azərbaycan Gənclərarası Şahmat Turniri”ndə 8-18 yaş arasında olan 30 gənc amerikalı şahmatçı mübarizə aparıb: “İlk 3 yeri tutan şahmatçılara Azərbyacanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən müvafiq diplomlar və hədiyyələr, o cümlədən bütün iştirakçılara Azərbaycana dair müxtəlif suvernirlər və nəşrlər təqdim olunub. Turnirin iştirakçılarına Azərbaycanın Müstəqillik Günü, ölkəmizdə şahmat idmanının inkişafı və məhşur azərbaycanlı şahmatçılar barədə məlumat verilib və kitabçalar paylanılıb”.