Son yeniləmə: 1 İyun 2022 14:41
Bayraqdar.info – Qardaş Türkiyə dövləti öz adının xarici dillərdə də Türkiye olaraq yazılması üçün BMT səviyyəsində məsələ qaldırıb.
Bununla bağlı ölkənin xarici işlər naziri Mevlüt Çavuşoğlu mayın 31-də özünün sosial media hesabında paylaşım edib.
“Ölkəmizin marka dəyərini yüksəltmək üçün sayın Cümhurbaşqanımız Recep Tayyip Erdoğan liderliyində başlatdığımız sürəc sona çatmaqdadır. BMT Baş katibinə bu gün göndərdiyim məktubla ölkəmizin BMT yanında yabançı dillərdə adını da Türkiye olaraq qeydə alırıq”, – deyə M.Çavuşoğlu yazıb.
Ülkemizin marka değerini yükseltmek için Sayın Cumhurbaşkanımız @RTErdogan liderliğinde başlattığımız süreç nihayete eriyor.
BM Genel Sekreteri'ne bugün gönderdiğim mektupla ülkemizin BM nezdinde yabancı dillerdeki adını da "Türkiye" olarak tescil ediyoruz.
Hayırlı olsun! 🇹🇷 pic.twitter.com/Zd9UIv2eVy
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) May 31, 2022
Bununla da qardaş ölkə öz adının müxtəlif əcnəbi dillərdə əcaib şəkildə yazılmasının qarşısını almış olacaq. Biz də öz növbəmizdə düşünürük ki, Azərbaycan dövləti qardaş dövlətin bu təşəbbüsünə hamıdan tez reaksiya verərsə doğru olar. Yəni bizim də bu gündən başlayaraq dövlətin adını “Türkiyə” deyil, Türkiye olaraq yazmağımız doğru olardı. Buna Azərbaycan əlifbası da tam olaraq imkan verir.