Press "Enter" to skip to content

Səfir Azərbaycanla bağlı təqdimat edib

Xəzər İbrahim

Son yeniləmə: 1 İyun 2022 09:31

Bayraqdar.info – Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim ABŞ-ın Pennslvaniya ştatında səfərdə olub.

Bu barədə bayraqdar.info-ya səfirlikdən məlumat verilib.

Bildirilib ki, X.İbrahim səfər çərçivəsində ştatın neft tarixi ilə zəngin Venanqo bölgəsində “Drake Well” muzeyini ziyarət edib, muzeyin kuratoru Sui Bites muzeylə bağlı ətraflı məlumat verib: “Daha sonra səfir muzeyin qarşısında Azərbaycanla bağlı təqdimat edib. Təqdimat zamanı yerli icma nümayəndələri ilə yanaşı Oil City şəhərinin meri Bill Mun, Titusvil şəhərinin meri Con Krouç, Venanqo bölgəsinin komissarları Səm Briin və Mayk Dulani, o cümlədən ABŞ Konqresmeni Qlen Tompsonun ofisinin nümayəndələri iştirak ediblər”.

Məlumata görə səfir təqdimat zamanı Azərbaycanla neftlə bağlı ortaq dəyərləri bölüşən Pensilvaniyanın neftlə zəngin bölgəsinə gəlməkdən məmnunluq duyduğunu ifadə edib. O, Azərbaycanın neft tarixi və sənayesi barəsində məlumat verib.

Səfir Azərbaycanda ilk neftin ABŞ-ın Titusvil ərazisindəki Dreyk bölgəsində çıxarılan ilk neftdən tam 13 il əvvəl, 1846-cı ildə-cı ildə çıxarıldığını xüsusi qeyd edib: “Çıxışı zamanı o, ölkəmizdə neft resurslarından iqtisadiyyatın diversifikasiyası üçün istifadə olunduğunu, “qara qızılın insan kapitalına çevrilməsinə ”xüsusi diqqət yetirildiyini bildirib.

Səfər çərçivəsində səfir oil City şəhərinin 60-dan çox ali məktəb tələbəsinin iştirak etdiyi görüşə qatılıb, onların çoxsaylı suallarını cavablandırıb: “Daha sonra Oil City şəhərində ABŞ-ın neft tarixində xüsusi əhəmiyyət kəsb edən “Transit”və “Mellon Bank” binalarına baxış keçirilmiş, yerli tariçilər onlar barəsində ətraflı məluamt verib. Səfər zamanı səfir mətbuat nümayəndələri üçün brifinq keçirib və bununla bağlı ABŞ mətbuatında çoxsaylı məqalələr dərc edilib”.

Mission News Theme by Compete Themes.