Press "Enter" to skip to content

Şəhid övladları üçün təşkil edilən daha bir tədbir yekunlaşıb

Düşərgənin son günü

Son yeniləmə: 1 İyun 2022 12:36

Bayraqdar.info – Qəbələdə təşkil olunan və 4 gün davam edən “YAŞAT” idman düşərgəsi başa çatıb.

Bu barədə bayraqdar.info-ya iyunun 1-də ASAN xidmətdən məlumat verilib.

Bildirilib ki, layihənin sonuncu günü uşaqlar “Qəbələnd” əyləncə mərkəzində maraqlı və əyləncə dolu vaxt keçiriblər: “Onlara 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar hədiyyələr təqdim edilib. Qeyd edək ki, layihə bu dəfə regionlardan – Kürdəmir, Balakən, Şəki, Qəbələ, Şamaxı və İmişlidən olan, idmana marağı olan şəhid övladlarını əhatə edib”.

Layihə “YAŞAT” Fondunun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Bank Respublikanın dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı ilə həyata keçirilib.

Mission News Theme by Compete Themes.