Son yeniləmə: 1 İyun 2022 09:35
Bayraqdar.info – Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə bayraqdar.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, Azərbaycan ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.