Press "Enter" to skip to content

Bu tədris ili üçün məşğələlər başa çatıb

Son yeniləmə: 1 İyun 2022 12:35

Bayraqdar.info – Dövlət ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatıb.

Bu barədə bayraqdar.info-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsi İctimaiyyətlə əlaqləlr sektorundan məlumat verilib.

Qeyd edilib ki, 2021-2022-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində 1 min 70 məktəbəhazırlıq qrupunda 25 min 484 uşaq məşğələyə cəlb olunub: “Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdan ibarətdir. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilib”.

Məlumata əsasən dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında tədris ili iki yarımilə bölünür və məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.

Mission News Theme by Compete Themes.