Press "Enter" to skip to content

Bərdədə uşaqların müdafiə gününə aid tədbir keçirilib – VİDEO

Tədbirdən görüntü

Son yeniləmə: 1 İyun 2022 16:10

Bayraqdar.info – Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə Dövlət Rəsm Qalereyasının qarşısında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib.

Xəbəri bayraqdar.info-ya adı keçən İdarənin Mətbuat xidmətindən veriblər.

Tədbirdə regional idarənin rəisi Vəsilə Möhsümova, Bərdə rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, Bərdə və Tərtər rayonlarından, Mingəçevir və Yevlax şəhərlərindən olan mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edib.

Öncə Uşaqların Beynəxalq Müdafiəsi Günü münasibətilə təşkil olunmuş sərgiyə baxış keçirlib.

Tədbirdə çıxış edən V.Möhsümova qeyd edib ki, dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da geniş şəkildə qeyd edilir. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir.

“Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir”, – deyə V.Möhsümova bildirib.

İdarə rəisi daha sonra qeyd edib ki, “Azərbaycanda uşaq siyasətinin əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər uşaqları sonsuz məhəbbətlə sevirdi, onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur”.

“Uzaqgörən siyasi lider olan H.Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır. Bu mühüm kampaniya çərçivəsində Respublikamızda uşaq hüquqları sahəsində ardıcıl və məqsədyönlü xarakter daşıyan tədbirlər həyata keçirilmişdir.” Bu sözlər də V.Möhsümovaya aiddir.

Xəbərdə bildirilir ki, sonra tədbir Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib. Sonda uşaqların da iştirakı ilə səmaya sülh rəmzi olan göyərçinlər buraxılıb.

Mission News Theme by Compete Themes.