Press "Enter" to skip to content

Agentlikdən şəhid övladları üçün yaddaqalan tədbir

Aygün Əliyeva şəhid övladları ilə bir arada

Son yeniləmə: 1 İyun 2022 10:29

Bayraqdar.info – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı şəhid ailələrinin övladları üçün tədbir təşkil edib.

Bu barədə bayraqdar.info – ya iyunun 1-də Agentliyin Mətbuat xidmətindən məlumat verilib.

“Suraxanı” gəmi-muzeyində maraqlı gün

Məlumata əsasən Agentliyin icraçı direktoru Aygün Əliyeva tədbiri giriş sözü ilə açaraq bu əlamətdar gün münasibətilə uşaqları təbrik edib. O, hər zaman şəhidlərin əmanətlərinin yanlarında olduğumuzu bildirib.

Məlumata görə, A. Əliyeva deyib ki, uşaq hüquqları insan hüquqlarının ən vacib istiqamətlərindən biridir: “Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev uşaq hüquqlarının qorunmasına böyük önəm verir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uşaq hüquqlarının qorunmasına hər zaman xüsusi dəstək verir”.

A.Əliyeva qeyd edib ki, dövlətimiz uşaq və gənclər üçün yaradılan imkanları genişləndirir: “Bu həm də vətəndaş cəmiyyətinin, ayrı-ayrılıqda hər bir fərdin qarşısında duran vəzifədir”.

Tədbirdən foto

Daha sonra çıxış edən “Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin sədri Sevinc Alızadə hər zaman şəhid övladlarına göstərilən diqqət, qayğıya görə ölkə Prezidentinə təşəkkür edib: “O bildirib ki, bu gün ölkəmizdə Heydər Əliyev Fondunun da xüsusi dəstəyi ilə uşaqlar üçün yaradılan imkanlar genişləndirilir. Uşaqlarla bağlı səmərəli siyasət həyata keçirilir, qanunvericilik təkmilləşdirilir, uşaqların qorunması, uşaqların şəraitinin yaxşılaşdırılması üçün təhsil, səhiyyə və digər sahələrdə onların inkişafı üçün müxtəlif tədbirlər görülür”.

Şəhidlərin əmanətləri

Sonra uşaqlara hədiyyələr təqdim edilib və onların istirahətinin təşkili üçün “Suraxanı” gəmi-muzeyinə səfər təşkil olunub: “Tədbirdə polkovnik-leytenant Soltan Məmmədovun, polkovnik-leytenant Vidadi Xəlilovun, mayor Natiq İsmayılovun, mayor İlkin Rzayevin, mayor Surxay Noçuyevin, baş leytenant Tural Əsgərlinin, kiçik çavuş Elçin Bağırovun, kiçik çavuş Elşən Musayevin, maxe Müzəffər Ağaliyevin övladları iştirak ediblər”.

Uşaqlar gülərsə, dünya gülər
Mission News Theme by Compete Themes.