Press "Enter" to skip to content

Təhsil uzunmüddətli, davamlı prosesdir

Son yeniləmə: 31 May 2022 12:07

Bayraqdar.info – “Valideynin gözləntisi ondan ibarətdir ki, repetitor daha qısa müddət ərzində uşağın balını qaldırır. Ona görə ödəmə həvəsi daha yuxarıdır”.

Bunu təhsil naziri Emin Əmrullayev mayın 31-də “Təhsil biznesi: problem və perspektivlər” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.

Nazir bunun doğru yanaşam olmadığını bildirib: “Biz fundamental təhsilə qayıtsaq və tədqiqatlara baxsaq, görərik ki, valideynlər nə qədər pul xərcləyirsə, xərcləsin, aşağı siniflərdə aşağı nəticə göstərən şagirdlərin, yuxarı siniflərdə, yaxşı nəticə əldə etməsi çox az hallarda, yeni daha çox istisna hallarda mümkündür”.

E.Əmrullayev deyib ki, təhsil uzunmüddətli, davamlı, arası kəsilməz prosesdir: “Yəni 9 il heç nə etməyib, 10-11-ci siniflərdə kiməsə pul verib daha çox bal yığmaq mümkün deyil. Bu məncə bizim cəmiyyətimizdə olan bir mifdir”.

Mission News Theme by Compete Themes.