Press "Enter" to skip to content

“QHT ziyarətləri” layihəsi çərçivəsində növbəti görüşlər

Görüş zamanı

Son yeniləmə: 31 May 2022 08:35

Bayraqdar.info – Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi “QHT ziyarətləri” layihəsi çərçivəsində Gəncə və Şəmkir şəhərlərində növbəti görüşlər keçirib.

Bu barədə bayraqdar.info-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində Gəncədə “Təmas” Regional İnkişaf ictimai birliyi, Gəncə Aqrobiznes Assosiasiyası (GABA), “Gəncə Avro-Atlantik Məlumat Mərkəzi” ictimai birliyi, Sahibkar Qadınlar ictimai birliyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” ictimai birliyi, “Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi və Şəmkir rayonunda yerləşən “Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” ictimai birliyinin ofisləri ziyarət edilib.

Məlumata əsasən, “QHT ziyarətləri”ndə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Agentliyin Müşahidə Şurasının üzvləri Azər Allahverənov, Nurəddin Mehdiyev və Agentliyin məsul əməkdaşları iştirak ediblər.

Görüşlər zamanı QHT sədrləri öz fəaliyyətləri haqqında geniş məlumat veriblər. Onların təklif və problemləri dinlənilib.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.