Son yeniləmə: 31 May 2022 11:50
Bayraqdar.info – Hazırda Azərbaycanda ümumi şagirdlərin 1 faizdən az hissəs özəl məktəblərdə təhsil alır.
Bunu təhsil naziri Emin Əmrullayev mayın 31-də “Təhsil biznesi: problem və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.
Çıxışında Azərbaycanda dövlət təhsil müəssisələri ilə yanaşı özəl məktəblərinin də sayının artdığını deyən nazir özəl təhsil müəssisələrinin təsisçilərinə tövsiyəsini də çatdırıb.
E.Əmrullayev deyib ki, özəl məktəb təsisçiləri mənfəəti deyil, təhsili düşünməlidilər.
Qeyd edilib ki, bir çox ölkələrdə, o cümlədən qardaş Türkiyədə özəl təhsil müəssisələrinin heç də hamısı mənfəət əldə etmir.