Press "Enter" to skip to content

Eskişehirdə Azərbaycan dərsi

Gülçin Abbasbəyli və Fatma Akın

Son yeniləmə: 31 May 2022 18:28

Bayraqdar.info – Qardaş Türkiyənin hər yerində olduğu kimi Eskişehirdə də Azərbaycana xüsusi diqqət və maraq var. Özü də bu maraq təkcə böyüklərdə deyil, orta məktəb şagirdləri arasında da yüksəkdir.

Elə bir neçə gün öncə Eskişehir Terebaşı ilçesindəki Mithatpaşa ilkokulunda reallaşdırılan proqram da bunu bir daha təsdiqləyib.

Eskişehir Azərbaycanlılar Dərnəyindən bayraqdar.info-ya verilən məlumata görə, Osmangazi Universiteti İlk Təhsil Bölümünün və eyni zamanda sinif müəllimi Emel Sezginin koordinasiyasında Mithatpaşa ilkokulunda 4-cü sinifin sosial elmlər dərsinin bir bölümü “Türkiyənin qonşuları” mövzusu çərçivəsində Azərbaycana həsr edilib. Şagirdlər qarşısında çıxış edən Anadolu Üniversitesinin doktorantı, Eskişehir Azərbaycanlılar Dərnəyinin Egitim biriminin üzvü Gülgün Abbasbəyli iki qardaş ölkənin əlaqələrindən bəhs edib.

Müxtəlif sahələrlə bağlı məlumat əldə edən şagirdlər dərsin sonunda lalə və Xarı Bülbül motivini çəkərək boşqablara yapışdırıblar.

Sonda G.Abbasbəyli şagirdlərə Eskişehir Azərbaycanlılar Dərnəyinin hədiyyələrini təqdim edib.

Həmçinin məktəbin müdiri Fatma Akına Eskişehir Azərbaycanlılar Dərnəyinin başqanı Cavid Aydının xüsusi hədiyyəsi təqdim olunub.

Mission News Theme by Compete Themes.