Press "Enter" to skip to content

Dövlət Xidmətindən akkreditasiyanın ləğvi ilə bağlı qərar

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti

Son yeniləmə: 31 May 2022 11:45

Bayraqdar.info – Uyğunluğu qiymətləndirən qurumun, “AZSERTCENTER” MMC-nin akkreditasiyası ləğv olunub.

Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Məlumata əsasən Xidmət tərəfindən daxil olmuş məlumatlar araşdırılıb. Bu araşdırılması nəticəsində müəyyən olunub ki, “AZSERTCENTER” MMC istehlakçıları və sahibkarlıq subyektlərini çaşdırmaqla ona verilmiş icazədən sui-istifadə edərək səlahiyyəti olmadığı halda, bir sıra istehlak mallarına qanunsuz uyğunluq sertifikatları təqdim edib: “Bunları nəzərə alaraq, 27 may 2022-ci il tarixdə Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs tərəfindən“AZSERTCENTER” MMC-nin uyğunluğun qiymətləndirilməsi (sertifikatlaşdırma) fəaliyyətinə verilmiş akkreditasiya attestatıləğv edilib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıların və sahibkarların mənafeyinə mənfi təsir göstərə bilən hərəkətlərin qarşısının alınması və ya aradan qaldırılması üçün tədbirləri davam etdirir”.

Mission News Theme by Compete Themes.