Son yeniləmə: 3 İyun 2022 14:07
Bayraqdar.info – “Bakıda 600 elm adamının iştirakı ilə beynəlxalq seminar keçiriləcək. Həmin tədbirə Türkiyə bu günə kimi dünyada görünməyən qədər rektorla qatılır”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general, Dr. Yücel Karauz deyib.
Onun sözlərinə görə, ADA Universitetində keçiriləcək təddbirdə Türkiyənin Yükseköğretim Kurulu (YÖK) başqanı Erol Özvarın rəhbərliyi ilə 60-a yaxın rektor da iştirak edəcək: “Bu, sıradan bir rəqəm deyil. Bu, universitetlərimiz arasında əlaqələrin daha da sıxlaşacağı, tədbir çərçivəsində yeni əməkdaşlıqların əsasının qoyulacağı deməkdir”.
Bildirilib ki, seminar iştirkaçılarının Şuşaya səfəri də nəzərdə tutulub: “Heç şübhəsiz ki, bu səfər də tarixi və elmi önəm kəsb edir. Yəni görünən odur ki, dövlət başçılarımızın siyasi iradəsinə və xalqlarımızın tarixi bağlarına əsaslanan əlaqələr təhsil sahəsində də getdikcə güclənir və dərinləşir”.
Y.Karauz deyib ki, bu əlaqələr öz növbəsində ortaq türk tarixi, ortaq türk dili və ədəbiyyatının tədrisində də öz sözünü deyəcəcək: “Ümumiyyətlə orta məktəbdən universitetə qədər, həmçinin universitetlər çərçivəsində də magistr və doktorantura səviyyəsində iki qardaş ölkənin güclərini birləşdirəcək bir fəaliyyətin ortaya qoyulması artıq realdır. Bu istiqamətdə müvafiq razılaşmalar da əldə edilib. Amma bəzi məsələlərdə bir az səbirli olmalıyıq. Biz təbii ki, bu gün heç olmadığı qədər Turana yaxın bir dönəmdəyik. Amma Turan nə əlimizin içindəki qədər yaxın, nə də bir ilğım qədər uzaq deyil. Bunun üçün də sadəcə səmimiyyətlə, hər dövlətin müstəqilliyini qoruyaraq vahid ideayaya çatmalıyıq”.
Türkiyəli general milli birlik və qoyulan hədəfə çatmaq baxımından ölkəsində milli silah istehsalında atılan addımalara da diqqət çəkib: “Bu baxımdan Bayraktar ailəsinin istehsal etdiyi silah sistemlərinə qoyduqları adlar da çox anlamlıdır. Türk dünyası üçün sizin də saytınızın adı olan “Bayraqdar”ı qoymuş olması böyük önəm kəsb edir. Bayraqdar türk mifologiyasında önəmli bir simvoldur. Akıncı da onun kimi. Bu ailənin ən son olaraq yeni İHA-ya “Bayraktar Kızılelma” adını verməsi də təsadüf deyil. Deməli əsas hədəfimizə, Turana və Qızıl Almaya doğru ağılla, səbrlə addımlayırıq”.
[…] Bayraktar, Akınсı, indi də Kızılelma […]