Son yeniləmə: 31 May 2022 15:50
Bayraqdar.info – Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin kursantlarına “Hospitala xəstə və yaralıların kütləvi qəbulu zamanı onların çeşidlənməsi, yerləşdirilməsi və tibbi yardımın göstərilməsi” mövzusunda təlim keçirilib. Təlim 2022-ci ilin hazırlıq planına uyğun olaraq baş tutub.
Bu barədə bayraqdar.info-ya mayın 31-də Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirlib ki, təlim zamanı kursantlar xəstə və yaralıların qəbulu, onlara ilk tibbi yardımın göstərilməsi, müayinə, müalicə və qarşıya qoyulan digər tapşırıqları praktiki olaraq icra ediblər: “Vətən müharibəsində tibb sahəsində əldə edilən təcrübələrin tətbiq edilməsilə keçirilən təlimdə əsas diqqət kursantların nəzəri bilik və praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib”.