Press "Enter" to skip to content

Avropadan Rusiyanın nəfəsini kəsəcək ciddi sanksiya

Şarl Mişel

Son yeniləmə: 31 May 2022 09:05

Bayraqdar.info – Mayın 31-nə keçən gecə Avropa Komissiyası Rusiyadan idxal edilən neftə sanksiya tətbiqi ilə bağlı razılığa gəlib.

Bu haqda xəbəri Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel özünün sosial media hesabında paylaşıb.

“Bu gecə Avropa Birliyi Komissiyası 6-cı sanksiyalar paketini razılaşdırdı. Bu paket Rusiyadan neft idxalını yasaqlamağa imkan verəcək. Sanksiyalar Rusiyadan neft idxalının 75 faizinə dərhal təsir edəcək. Və ilin sonuna qədər Rusiyadan Avropaya idxal edilən neftin 90 faizi yasaqlanacaq”, – deyə Ş.Mişel yazıb.

Mission News Theme by Compete Themes.