Press "Enter" to skip to content

ABŞ-ın Azərbaycana verdiyi dəstək yüksək dəyərləndirilir

Qəbuldan görüntü

Bayraqdar.info – Mayın 31-də Prezident İlham Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Lokmanı qəbul edib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

“Söhbət zamanı Cənub Qaz Dəhlizinin fəaliyyətinə toxunuldu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qazla təmin olunmasının şaxələndirilməsində rolu vurğulandı. Ölkəmizdən Avropaya qaz ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparıldı”, – deyə xəbərdə bildirilir.

Daha sonra Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, qlobal enerji layihələrinin həyata keçirilməsində, o cümlədən Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılmasında ABŞ hökumətinin Azərbaycana verdiyi daimi dəstək yüksək qiymətləndirilib. Eyni zamanda Azərbaycanda elektrik enerjisi və bərpaolunan enerji sahəsində həyata keçirilən genişmiqyaslı işlərdən danışılıb.

“Söhbət zamanı Bakıda ənənəvi keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin önəmi qeyd edildi və bu tədbirin energetika sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi bildirildi.” Xəbər bu sözlərlə bitir.

Mission News Theme by Compete Themes.