Son yeniləmə: 31 May 2022 09:03
Bayraqdar.info – Salyanda sahələrin suvarılması mütəşəkkil aparılır, 66 nasos stansiyası işlək vəziyyətdədir.
Bunu bayraqdar.info-ya Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.
Onun sözlərinə görə, Salyan rayonunda aparılan meliorativ tədbirlər hər il əkin sahələrindən bol məhsul əldə edilməsinə səbəb olur: “Rayonda fəaliyyət göstərən su istifadəçilərinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Salyan Suvarma Sistemləri İdarəsi tərəfindən bir sıra tədbirlər görülür. Suvarma mövsümü öncəsi kanallarda lildən təmizləmə işləri aparılır, hidrotexniki qurğular və nasos stansiyalar təmir olunur”. Qeyd edilib ki, buna misal olaraq idarə ötən il Yeni Muğan nasos stansiyasında Kür çayınının müvafiq səviyyəsinə uyğun əlavə bir ədəd nasos komplektinin quraşdırılması işlərini tamamlayaraq istismara verib: “Su itkisinin qarşısını almaq məqsədilə torpaq məcralı suvarma kanalı 500 metr məsafədə, Akuşa-2 nasos stansiyasında isə su aparıcı kanal və su başlığı əsaslı təmir olunaraq 80 metr məsafədə beton üzlüyə alınıb.15 ədəd elektrik mühərriki əsaslı təmir olunaraq nasos stansiyalarda quraşdırılıb.
D.Şərifov deyib ki, 2022-ci ilin suvarma mövsümünə hazırlıq məqsədilə Salyan Suvarma Sistemləri İdarəsi uzunluğu 16 km olan və 3240 ha əkin sahələrinə xidmət göstərən suvarma kanalından 10 km məsafədə lildən təmizlənmə işləri aparıb: “Həmin kanal üzərindəki 85 ədəd hidrotexniki qurğular əsaslı təmir olunub. İdarə üzrə ötən il ərzində 650 km suvarma kanallarında lildən təmizlənmə işləri yekunlaşıb, 85 ədəd hidrotexniki qurğu, 9 ədəd hidropost, 72 ədəd nasos aqreqatı, 15 ədəd elektrik mühərriki cari təmir olunub. Hazırda idarənin balansında olan torpaq məcralı kanalları bir-neçə istiqamətdə texnikalar vasitəsilə lildən təmizlənir.
Qeyd edək ki, Salyan Suvarma Sistemləri İdarəsi Salyan rayonunda 45897 ha əkin sahəsinə xidmət edir. İdarənin balansında 1182 km uzunluğunda suvarma kanalı mövcuddur. Suvarılmanın mütəşəkkil aparılması üçün 66 ədəd nasos stansiyadan istifadə edilir. Bundan 54 ədədi stasionar, 10 ədədi üzən, 2 ədədi isə səyyaridir”.