Bayraqdar.info – Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, araşdırmaçı-yazar Əkbər Qoşalı Beynəlxalq Türk Akademiyasının “Gümüş medal”ı ilə təltif olunub.
AZƏRTAC xəbər verir ki, medal yazara 28 May – Müstəqillik Günündə I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının Bakı Dövlət Universitetində keçirilən bağlanış mərasimində təqdim edilib.
Ə.Qoşalı bu medala Türk dünyasında elmin və qardaş xalqlar arasında elmi əlaqələrin inkişafına verdiyi töhfəyə görə layiq görülüb.
Qeyd edək ki, ötən ay Özbəkistan Yazıçılar Birliyinin fəxri, Türk Ədəbiyyatı Vəqfinin isə şərəf üzvü seçilən azərbaycanlı yazara bundan öncəki illərdə TÜRKSOY-un, eləcə də Qazaxıstanın, Qırğızıstanın medalları, habelə Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı verilib.