Press "Enter" to skip to content

Qazaxıstanlı deputatdan “TEKNOFEST Azərbaycan”a yüksək dəyər

Əbülfəz Xamedov

Bayraqdar.info – 28 May – Müstəqillik Günündə Bakıda Türkiyə və Azərbaycan dövlət rəhbərlərinin iştirakilə keçirilən “TEKNOFEST Azərbaycan” hər bir türksoylunun qürur mənbəyi oldu. Bu elm və texnologiya festivalı qardaş ölkələrimiz arasında dostluğun və birliyin daha bir parlaq örnəyi idi. Bütün dünya bir daha türkün gücünü gördü.

Bu fikirləri Qazaxıstan Parlamenti Məclisinin Azərbaycan əsilli deputatı Əbülfəz Xamedov bayraqdar.info-nun tərəfdaşı Golden Bridge News’a müsahibəsində bildirib.

Onun sözlərinə görə, “Türk şahinləri”nin və “Azərbaycan ulduzları”nın Bakı səmasında ən çətin və maraqlı göstəriləri türk düşmənlərinə bir daha açıq-aşkar xəbərdarlıqdı. Hər zaman barışın, əmin-amanlığın və sabitliyin tərəfdarı olan Türkiyə və Azərbaycan yenə də birlik örnəyi əks etdirdi. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Biz bir millət – iki dövlətik”.

Ə.Xamedov sonra əlavə edib ki, “babalarımızın 1932-1937-ci illərdə Qazaxıstana sürgün edilməsinə baxmayaraq heç vaxt tarixi vərənimizdən qopmadıq. Daim tarixi Vətənimiz Azərbaycanın uğuruna sevindik, kədərinə qəmləndik. 30 il düşmən tapdağı altında olan Azərbaycan torpaqlarının məhz Türkiyənin siyasi və mənəvi dəstəyi ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin və xalqımızın siyasi birliyi sayəsində azad olunması ilə tarixi vətənimizin imicinin dünyada birə on artdığının şahidi olduq”.

Sözünün sonunda deputat, “təbii ki, Recep Tayyip Erdoğan və İlham Əliyevin, eyni zamanda dünya Nobel mükafatçısı Aziz Sancarın iştirakilə Bakıda keçirilən “TEKNOFEST” elm və texnologiya festivalı əsil vətənpərvərlik örnəyi oldu. Heç kəsi ayırmadan həm Türkiyə, həm də Azərbaycanı təbrik edirəm”, – deyə bildirib.

Mission News Theme by Compete Themes.