Bayraqdar.info – İranın ETTELAAT Nazirliyi Güney Azərbaycanlı milli-mədəni fəal Behzad Paşazadəni çağıraraq dindirib.
Xəbəri “Azad İran” Telegram kanlı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.
Xəbərdə deyilir ki, mayın 28-də Güney Azərbaycanın Urmu şəhərində yaşayan milli-mədəni fəal B.Paşazadə ETTELAAT idarəsinə çağırılaraq sorğu-sual edilib və daha sonra sərbəst buraxılıb.
Qeyd edək ki, B.Paşazadə bundan öncə də mədəni fəaliyyətlərinə görə bir neçə dəfə tutulub. O, 2011-ci ildə Urmu gölünün qurudulması, 2015-ci ildə isə İran televizyasının “Fitile” televiziya verilişində Azərbaycan türklərinin təhqir edilməsinə görə keçirilən etiraz aksiyalarına qatıldığı üçün həbs edilmişdi.