Bayraqdar.info – Mayın 28-də Prezident İlham Əliyevlə Bakıda səfərdə olan Cümhurbaşqanı Recep Tayyip Erdoğanın rəsmi görüşü keçirilib.
Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. R.T.Erdoğanın Azərbaycana səfərinin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı 28 May – Müstəqillik Günündə Azərbaycan və Türkiyə dövlət başçılarının bir yerdə olması qardaşlığın rəmzi kimi qiymətləndirilib.
Dövlət başçıları Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalının önəmini qeyd edib və bu tədbiri yüksək səviyyədə olan əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndiribər.
Görüşdə əməkdaşlığın bundan sonra da genişlənəcəyi qeyd olunub, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Sonra Prezident İ.Əliyev və birinci xanım Mehriban Əliyevanın Cümhurbaşqanı R.T.Erdoğan və xanımı Emine Erdoğan ilə nahar yeməyi olub. Naharda Selçuk Bayraktar da iştirak edib.
Xəbəri mayın 28-də Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.