Bayraqdar.info – Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak edib.
Xəbəri Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Prezidentlərlə bərabər onların xanımları – Mehriban Əliyeva və Emine Erdoğan da festivalda iştirak edib.
Prezidentlərin qatıldığı mərasimdə ilk çıxışı Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar edib.
Daha sonra söz dünyaşöhrətli türkiyəli alim, Nobel mükafatı laureatı professor Aziz Sancara verilib.
Bundan sonra Prezident İ.Əliyev çıxış edib.
Rəsmi çıxışlara Cümhurbaşqanı R.T.Erdoğanın çıxışıyla yekun vurulub.
#TeknofestAzerbaycanhttps://t.co/5r6Tr0Nw2R
— Recep Tayyip Erdoğan (@RTErdogan) May 28, 2022
Azərbaycan Prezidentinin Mətbuat xidmətinin verdiyi xəbərdə o da deyilir ki, “çıxışlardan sonra festivalın müxtəlif müsabiqələr üzrə qaliblərinin mükafatlandırma mərasimi oldu”.
Mükafatları qaliblərə Türkiyə Cümhurbaşqanı, Azərbaycan Prezidenti və Nobel mükafatçısı, Prof. A.Sancar təqdim edib.
Xatirə fotosunun ardından dövlət başçılarına və A.Sancara “TEKNOFEST Azərbaycan” festivalının xatirə hədiyyələri təqdim olunub.
Birinci xanımlar M.Əliyeva və E.Erdoğan, həmçinin Sümeyya Bayraktar və Arzu Əliyeva da xatirə fotoları çəkdirib.
Sonra hər iki qardaş ölkənin rəsmi nümayəndələri birgə foto çəkdirib.
Mərasimdən sonra prezidentlər və birinci xanımlar sərgi zonasındakı pavilyonlarla tanış olub.
Festival çərçivəsində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə yaddaqalan avianümayiş olub.
Bir millet,
İki devlet,
Tek festival…#TEKNOFESTAZERBAYCAN 🚀Yaşasın Türkiye-Azerbaycan kardeşliği… 🇹🇷🇦🇿 pic.twitter.com/YiwdH0w4YO
— BAYKAR (@BaykarTech) May 27, 2022