Press "Enter" to skip to content

Türk dünyasının ortaq şəxsiyyətlərinə həsr edilmiş konfrans

Tədbirin elanı

Son yeniləmə: 27 May 2022 12:02

Bayraqdar.info – Beynəlxalq Türk Akademiyası Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə Bakıda Əhməd Baytursunulının 150, Hüseyn Cavidin 140 və Əhməd Cavadın 130 illik yubileylərinə həsr olunmuş konfrans keçirib.

Xəbəri bayraqdar.info-ya BTA-dan veriblər.

Konfransda AMEA-nın vitse-prezidenti və Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, TÜRKSOY baş katibinin müavini Bilal Çakıcı, M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA Hüseyn Cavid Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı, Qazaxıstanın L.Qumilyov adına Avrasiya Milli Universitetinin professoru Amantay Şarip, tanınmış şair, tərcüməçi Kadırbek Kunipiyaulı, Qazaxıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri, qardaş ölkələrdən bir sıra alimlər və ziyalılar iştirak ediblər.

Tədbirdən görüntü
Tədbirdən görüntü

“Tədbir iştirakçıları totalitar rejimin repressiyalarının qurbanları – qazax dilçiliyinin banisi Ə.Baytursunulı, görkəmli şair, dramaturq və filosof H.Cavid, Azərbaycan himninin müəllifi Ə.Cavadın taleyi ilə bağlı fikirlərini bölüşüblər.

“Tədbir çərçivəsində H.Cavidin Türk Akademiyası və ədibin Ev Muzeyi tərəfindən rus dilində nəşr edilmiş “Seçilmiş pyesləri”nin təqdimatı da olub.

“Görüşdə vitse-prezident F.Məcidli akademik İ.Həbibbəyliyə türk dünyasında elmi, ədəbi əlaqələrin inkişafındakı xidmətlərinə görə Türk Akademiyasının “Əlişir Nəvai” Qızıl medalını təqdim edib.

“Akademik İ.Həbibbəyli də öz növbəsində Türk Akademiyasına və təşkilatın rəhbəri Darxan Kıdırəliyə təşəkkürlərini çatdırıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.