Press "Enter" to skip to content

Təhsil Nazirliyindən məktəblərə müraciət

Təhsil Nazirliyi

Son yeniləmə: 27 May 2022 11:08

Bayraqdar.info – Təhsil Nazirliyi tərəfindən ölkədə yerləşən bütün dövlət ümumi təhsil müəssisələrinə məktəbdaxili qiymətləndirmələrin rəqəmsal formada təşkilinə dair müvafiq tövsiyələr verilib.

Bu barədə bayraqdar.info-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq, Təhsil Nazirliyinin 146-4 “Qaynar xətt” xidməti ümumtəhsil məktəblərindən daxil olan müraciətlərin cavablandırılması üçün fəaliyyət göstərəcək: “Belə ki, proses zamanı hər hansı çətinliklə üzləşildiyi hallarda qeyd edilən “Qaynar xətt” xidmətə müraciət edilə bilər. İnternet bağlantısının kəsilməsi, proqram təminatında və kompüter avadanlıqlarında yaranmış problemlər, eləcə də təhsilalanların istifadəçi adı və şifrəsinin bərpasında ortaya çıxa biləcək proqnozlaşdırılmamış hallarla bağlı xidmət tərəfindən operativ dəstək göstəriləcək”.

Qeyd edilib ki, rəqəmsal summativ qiymətləndirmə təhsilalanların nailiyyətlərinin kompüter avadanlıqlarından və müvafiq proqram təminatından istifadə edilərək qiymətləndirilməsidir: “Texniki təminat və internet olmadığı təqdirdə ümumi təhsil müəssisələrində summativ qiymətləndirmələr ənənəvi formada (kağız üzərində) təşkil olunmalıdır”.

Mission News Theme by Compete Themes.