Press "Enter" to skip to content

Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı

Vüqar Bayramov

Son yeniləmə: 27 May 2022 14:01

Vüqar Bayramov: Azərbaycana gələn turistlərin sayı mərhələli şəkildə 4 milyona qədər yüksələcək

Bayraqdar.info – “Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşündə Şamaxının “Türk dünyasının turizm paytaxtı” seçilməsi təbii ki, Azərbaycan turizminin inkişafı və turizm potensialının reallaşması baxımından vacibdir. Şamaxı Azərbaycanda vacib turizm destinasiyalarındandır. Şamaxının təbiəti, iqlimi turistlərin cəlbi baxımından kifayət qədər böyük üstünlüklər yaradır. Eyni zamanda Bakıya yaxınlığı, infrastrukturun inkişaf etməsi də Şamaxının turizm baxımından cəlbediciliyini artırıb”.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov bayraqdar.info-ya özəl açıqlamasında deyib.

Şamaxı şəhəri “Türk dünyasının turizm paytaxtı” oldu

Məlumat üçün bildirək ki, mayın 24-də Şamaxıda keçirilən Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşü keçirilib. Görüşdə turizmin inkişafına istiqamətlınmiş bir sıra qərarlar qəbul edilib.

Bu qərarları yüksək dəyərləndirən deputat qeyd edib ki, Azərbaycan üçün artıq turizmdə yeni dirayver işğaldan azad olunmuş ərazilərimiz olacaq: “Nəzərə alsaq ki, Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı kifayət qədər böyükdür. Həmçinin bu ərazilər Cənubi Qafqazda azsaylı ərazilərdəndir ki, fasiləsiz turizm xidmətləri təklif etmək imkanına malikdir. Yəni bu ərazilərdə həm qış-yay, həm mədəni-tarixi, həm dini, həm də sağlamlıq turizminin imkanları kifayət qədər böyükdür”.

Turizm sahəsində də əməkdaşlıq genişlənir

V.Bayramov deyib ki, bu baxımdan Qarabağ və Şərqi Zəngəzurun işğaldana zad olunması Azərbaycanın turizm potensialının daha sıx şəkildə reallaşmasına imkan verəcək: “Bu, ölkəyə gələn turistlərin sayında artımlarla müşahidə olunacaq. Nəzərə alsaq ki, pandemiyadan əvvəlki 2019-cu ildə Azərbaycana 3,2 milyon nəfər turist gəlmişdi və ölkəyə həmin turizmdən 2,7 milyard dollar məbləğində gəlir daxil olmuşdu. Gözlənilir ki, postpandemiya dövründə, işğaldan azad edilmiş ərazilərin bərpasından sonra Azərbaycana gələn turistlərin sayı mərhələli şəkildə 4 milyona qədər yüksələcək. Bu da öz mövbəsində ölkəyə daxil olan valyutanın həcmində turizmin payının kəskin artmasına səbəb olacaq”.

Mission News Theme by Compete Themes.