Press "Enter" to skip to content

Növbəti görüş yeri Gəncə

“QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransı

Son yeniləmə: 27 May 2022 11:53

QHT-dövlət münasibətlərinə həsr olunmuş ikinci respublika zona konfransı Gəncə şəhərində keçirilib

Bayraqdar.info – Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının keçirilməsinə başlayıb.

Bölgələrdə QHT-dövlət əməkdaşlığı gücləndirilir – VİDEO

Bu silsilədən növbəti konfrans mayın 26-da Gəncə şəhərində keçirilib.

Bu barədə bayraqdar.info-ya mayın 27-də Agentliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirlib ki, konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Agentliyin Müşahidə Şurasının üzvləri Azər Allahverənov və Nurəddin Mehdiyev iştirak edib. Konfransa həmçinin, Agentliyin məsul əməkdaşları, Gəncə, Mingəçevir, Kəlbəcər, Göygöl, Samux, Daşkəsən, Goranboy və Naftalanın icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, habelə yerli qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Qeyd edilib ki, Gəncə şəhəri Heydər Əliyev Mərkəzində təşkil edilən konfrans Dövlət Himninin səslənməsi ilə başlayıb.

Konfrans maraqlı çıxışlarla yadda qalıb

Açılış nitqi ilə çıxış edən Agentliyin icraçı direktoru A.Əliyeva konfransın proqramı haqqında geniş məlumat verib. O, deyib ki, ikinci dəfə keçirilən bu konfrans region QHT-lərinin və ictimai şuraların birgə fəaliyyətində dönüş yaradacaq: “A.Əliyeva bildirib ki, 7 iqtisadi rayonu əhatə edəcək bu konfrans QHT-lərin fəaliyyətinə öz müsbət təsirini göstərəcək”.

Çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev qeyd edib ki, Azərbaycanda qeyri-hökumət təşkilatları bir neçə mərhələdə inkişaf yolu keçib, QHT-dövlət münasibətləri sahəsində müsbət nümunələr formalaşdırılıb: “2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması, QHT-lərə maliyyə, metodiki, konsultativ, təşkilati dəstəyin göstərilməsi və s. bunun bariz nümunəsidir. Bu gün isə QHT-dövlət münasibətlərində yeni mərhələ başlayıb, təşkilati-hüquqi forması, fəaliyyət istiqaməti və idarəetməsi ilə fərqlənən yeni təsisat kimi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb”.

V.Quliyev bildirib ki, bu gün QHT-lər dövlət qurumları ilə birgə ictimai əhəmiyyət kəsb edən bir çox sahələrdə yüksək təşəbbüskarlıq nümayiş etdirməli, nəticəyönümlü layihə və proqramlar həyata keçirməlidirlər: “O, konfransda iştirak edən ixtisaslaşmış təşkilatların diqqətinə məişət zorakılığı, ailə dəyərlərinin qorunması və digər istiqamətlərdə səmərəli layihələrin reallaşdırlmasının vacibliyini çatdırıb. V.Quliyev icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuralarn fəaliyyətinə toxunaraq, QHT-lərin həmin təsisatlara cəlb edilməsi məsələsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, ictimai şuraların fəaliyyətinin daha da gücləndirilməsinə, bunun üçün üzvlərə müvafiq təlim proqramlarının təşkil edilməsinə ciddi ehtiyac var”.

QHT təmsilçiləri fikir və təkliflərini səsləndiriblər

Çıxış edən digər natiqlər – Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova, Əli Pənahov və Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov bildiriblər ki, zona toplantısı QHT nümayəndələri, ictimai şuraların üzvləri, habelə dövlət qurumları üçün faydalı olacaq və bu sahənin daha da təkmilləşməsinə böyük töhvə verəcək: “Qeyd edilib ki, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ardıcıl tədbirlər təşkil edilməli, bu xüsusda sosial medianın imkanlarından istifadə edilməlidir. Çıxışlardan sonra konfrans interaktiv müzakirələr əsasında davam edib, onların təklifləri dinlənilib, sualları cavablandırılıb. Mütəmadi olaraq təlimatlandırıcı seminarların keçirilməsinin vacibliyi vurğulanıb”.

Mission News Theme by Compete Themes.